Bank Of Baku

Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişafla bağlı dövlət proqramının müzakirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişafla bağlı dövlət proqramının müzakirəsinə həsr olunmuş tədbir keçirilib
# 24 iyun 2009 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə 2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişafla bağlı Dövlət Proqramının müzakirəsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Şuranın sədri, millət vəkili Azay Quliyev dövlət proqramının QHT-lər qarşısında ciddi vəzifələr qoyduğunu vurğulayıb: “Bu vəzifələr əsasən Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı indiyə qədər dövlət tərəfindən görülən işin daha sürətlə davam etdirilməsi ilə əlaqədardır. Konkret desək, proqramda dörd əsas mühüm müddəa var ki, şura 2008-2010-cu illər ərzində bu müddəaları həyata keçirməlidir. Bunlardan birincisi qanunvericiliyin təkmilləşdirilməsi, ikincisi QHT-lərin qeydiyyatının sadələşdirilməsi, üçüncüsü QHT-lərə ayrılan subsidiyanın mexanizmlərinin təkmilləşdirilməsi və sadələşdirilməsi, dördüncüsü isə QHT-lər haqqında məlumatların ictimaiyyətə geniş şəkildə çatdırılmasıdır”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov isə bu qurumun dövlət proqramının tədbirlər planın icrasında iştirakı barədə danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR