Bank Of Baku

Dövlət qulluqçularının fəaliyyətlərinin qiymətləndirilməsinə dair seminar keçirilib

Dövlət qulluqçularının fəaliyyətlərinin qiymətləndirilməsinə dair seminar keçirilib
# 24 iyun 2009 10:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa İttifaqının SİGMA təşkilatı ilə birgə dövlət qulluqçularının fəaliyyətlərinin qiymətləndirilməsinə dair seminar keçirib. APA-nın məlumatına görə, seminarın açılışında çıxış edən komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, seminarın əsas məqsədi ölkədə dövlət qulluğu ilə bağlı aparılan islahatlara dəstək verməkdir. Seminarda beynəlxalq ekspertlər dünyada mövcud olan ən yaxşı təcrübələri Azərbaycanın dövlət qurucuları ilə bölüşüblər. Seminarın iştirakçıları əsasən dövlət orqanlarının mərkəzi icra aparatlarının kadr qurumlarının rəhbərləridir. Komissiya sədrinin sözlərinə görə, il ərzində dövlət qulluqçularının fəaliyyəti ilə bağlı bir neçə seminar keçiriləcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci katibi Ştefen Ştork isə bildirib ki, Azərbaycan dövlət qulluğunun inkişafında maraqlıdır: “Avropa Birliyi də bu məsələyə böyük diqqətlə yanaşır. Yaxşı nailiyyətlər üçün yaxşı tərəfdaşlar olmalıdır. Azərbaycanla əməkdaşlığımızın uzunmüddətli olmasına və ən yaxşı təcrübəmizi ən yaxşı şəkildə bu ölkəyə tətbiq edəcəyimizə inanırıq. “Avropa qonşuluq siyasəti fəaliyyəti” planı çərçivəsində iqtisadi əməkdaşlıq və hüquqi çərçivə yaratmaq öhdəliyi götürmüşük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR