Bank Of Baku

2006-2009-cu illər ərzində 229 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 42 nəfər isə “Vətənə xidmət” medalları ilə təltif edilib

2006-2009-cu illər ərzində 229 nəfər “Dövlət qulluğunda  fərqlənməyə görə”, 42 nəfər isə “Vətənə xidmət” medalları ilə təltif edilib
# 24 iyun 2009 11:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2006-2009 illər ərzində dövlət qulluğunda uzunmüddətli, səmərəli fəaliyyətinə görə 229 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 42 nəfər isə “Vətənə xidmət” medalı ilə təltif edilib. APA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının Kadr məsələləri şöbəsinin Kadr siyasəti sektorunun müdiri Vasif Xələfov bildirib. Onun sözlərinə görə, dövlət qulluqçularının xidmətlərinin qiymətləndirilməsi ilə bağlı sistemin yaradılması korrupsiya ilə bağlı qanunvericilik aktlarında və “Regionların inkişafı və yoxsulluğun azaldılması üzrə Dövlət Proqramında (2008-2015-ci illər) da nəzərdə tutulub. V. Xələfov deyib ki, dövlət qulluğunda qiymətləndirmənin tətbiqinin dövlət qulluqçularının həvəsləndirilməsi və liderlik təşəbbüslərinin inkişafına böyük rolu var. Dövlət qulluqçuları güzəştli ipoteka kreditləri almaq, yaxşı təqaüdlə təmin edilmək kimi üstünlüklərə də malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR