Bank Of Baku

Şirvan şəhərinin ərazisi böyüdülür

Şirvan şəhərinin ərazisi böyüdülür
# 24 iyun 2009 11:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Şirvan şəhərinin ərazisi böyüdülür. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin regional məsələlər komitəsinin bugünkü iclasında məlumat verilib. Komitə sədri Arif Rəhimzadə bildirib ki, Milli Məclisin gündəminə Hacıqabul, Salyan, Sabirabad rayonlarının və Şirvan şəhərinin inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi ilə bağlı məsələ daxil edilib. Sənədə əsasən Şirvan şəhərinin ərazisinin 1692 hektar artırılması nəzərdə tutulur. A. Rəhimzadə hazırda Şirvanın ərazisinin 7271 hektar olduğunu diqqətə çatdırıb.

İclasda həmçinin İsmayıllı rayonunun inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqda məsələ də müzakirə olunub. A. Rəhimzadə İsmayıllının Qalacıq kəndinin ərazisində iki yeni kənd yaradılmasının nəzərdə tutulduğunu da açıqlayıb. Onun sözlərinə görə, həmin kəndlərdən birinə Çəmənli, digərinə isə Elabad adının verilməsi təklif edilir.

Müzakirələrdən sonra hər iki sənəd parlamentin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR