Bank Of Baku

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu başlayıb

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu başlayıb
# 24 iyun 2009 12:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, sənəd qəbulu iyunun 24-dən iyulun 31-dək davam edəcək. Bu il orta ixtisas təhsili məktəblərində təhsil almaq üçün 46 dövlət, 1 özəl ixtisas məktəbində 9516 plan yeri ayrılıb. Bu yerlərdən 5652-si ödənişsiz, 3864-ü ödənişlidir. Azərbaycan bölməsi üçün 9212, rus bölməsi üçün 222 yer, birgə müsabiqə üzrə isə 82 plan yeri ayrılıb.
Abituriyentlər sənədlərini aşağıdakı orta məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyalarında (SQK) təqdim edə bilərlər: Binəqədi rayonu (83,115, 297 saylı məktəblər, Xətai rayonu (95, 55,249 saylı məktəblər), Nəsimi rayonu (19,46 saylı məktəblər), Səbail rayonu (190,49 saylı məktəblər), Sabunçu rayonu (107,75 saylı məktəblər), Qaradağ rayonu (139 saylı məktəb), Əzizbəyov rayonu (136 saylı məktəb), Nizami rayonu (210, 250 saylı məktəblər), Nərimanov rayonu (47, 178 saylı məktəblər), Yasamal rayonu (158, 225 saylı məktəblər), Suraxanı rayonu (85, 104 saylı məktəblər).
Digər rayonların (şəhərlərin) abituriyentləri sənədlərini Rayon (Şəhər)Təhsil Şöbələrində, xarici dövlətlərin vətəndaşları isə TQDK-da yaradılmış SQK-da təqdim edə bilərlər. Abituriyentlər SQK-lara əsas təhsil haqqında şəhadətnamənin əslini (əsas təhsil bazasından təhsili əvvəlki illərdə başa vurmuş şəxslər bu sənədlə yanaşı təhsil adlıqları məktəbdən tam orta təhsil almadıqları haqqında arayışı), təhsil aldıqları məktəbdən əsas təhsil pilləsi üzrə şəhadətnamənin nömrəsi göstərilmiş fotoşəkil olan arayışı (arayışda fotoşəkil məktəbin möhürü ilə təsdiqlənir), doğum haqqında şəhadətnamənin əslini (2009-cu il iyunun 15-dək 16 yaşına çatmış gənclər şəxsiyyət vəsiqəsini), yeni çəkilmiş hamısı eyni olan 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil (ağ fonda) təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR