Bank Of Baku

Cəlilabadda taxıl zəmisində yenidən yanğın baş verib

Cəlilabadda  taxıl zəmisində yenidən yanğın baş verib
# 24 iyun 2009 14:03 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonunun taxıl sahələrində yenidən yanğın hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) məlumat verilib. Məlumata görə, hadisə bu gün saat 13.30 radələrində rayonun Zopun kəndində yerli sakinlərə məxsus taxıl zəmilərində qeydə alınıb. DYMX-nin bir yanğınsöndürən maşını hadisə yerinə gələrək, yanğının əhatə dairəsinin genişlənməsinin qarşısını alsa da, 10 hektar biçilən və 2 hektar biçilməmiş taxıl sahəsi yanıb. Bundan əlavə yanğın yaxınlıqdakı evlərə də keçərək, 9 şəxsi təsərrüfata xeyli ziyan vurub. Yanğının səbəbləri bəlli deyil.
Qeyd edək ki, son on gündə Cəlilabad rayonunun taxıl zəmilərində 2, Masallıda isə 3 yanğın hadisəsi qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR