Bank Of Baku

Şirvanda yaranan su problemi ilə əlaqədar yerli QHT-lər və sakinlər ölkə prezidentinə müraciət edib

Şirvanda yaranan su problemi ilə əlaqədar yerli QHT-lər və sakinlər ölkə prezidentinə müraciət edib
# 25 iyun 2009 07:09 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində yaranmış su problemi ilə əlaqədar yerli QHT-lər və sakinlər ölkə prezidentinə müraciət ünvanlayıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə Şirvan şəhər Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə bildirilib. Yerli QHT-lər yaranmış su problemi ilə əlaqədar bəyanat qəbul ediblər. Prezidentə ünvanlanan müraciətdə və bəyanatda bildirilir ki, hal-hazırda su əhaliyə günaşırı, qeyri-şəffaf, özü də fasilələrlə verilir. Əhali şəhərin bəzi yerlərinə suyu maşınlarla daşıyır. Şəhər əhalisinə verilən suyun keyfiyyəti texniki su səviyyəsindədir. Şirvan Su Kanalizasiya İdarəsindən APA-nın yerli bürosuna bildirilib ki, bu il Şirvanda Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının maliyyələşdirdiyi, smeta dəyəri 102 milyon ABŞ dolları həcmində olan yeni su-kanalizasiya sisteminin tikilməsi nəzərdə tutulur. Hal-hazırda 1955-ci ildən fəaliyyətdə olan Su-kanalizasiya İdarəsi Şirvan əhalisinin gün ərzində yalnız 50-60 faizini içməli su ilə təmin etmək gücündədir. Özü də su durulducuların tutumunun az olması və avadanlıqların köhnəlməsi əhaliyə verilən içməli suyun təmizlənməsinə də imkan vermir. Yeni tikiləcək su-kanalizasiya sistemi əhalini içməli su ilə tam təmin edəcək gücə malik olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR