Bank Of Baku

Ombudsman “Qayıdış” və “Zobucuq” qəsəbələrində olub

Ombudsman  “Qayıdış” və “Zobucuq” qəsəbələrində olub
# 14 sentyabr 2009 15:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova yeni dərs ili ərəfəsində Füzulinin “Qayıdış” və “Zobucuq” qəsəbələrinə səfər edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanovanı Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsi müdirinin müavini M. Məhərrəmov, Füzuli rayon icra hakimiyyətinin başçısı N. Muxtarov, Ombudsman Aparatının şöbə müdiri A. Səfixanlı, rayon təhsil şöbəsinin müdiri H. Tahirov və başqaları müşayiət ediblər.
Ombudsman ilk öncə, qaçqın və məcburi köçkün uşaqlarının təhsil aldığı qəsəbə məktəblərində olub. Müvəkkil fəaliyyətində qaçqın və məcburi köçkünlərlə işin mühüm yer tutduğunu, Ombudsman Aparatında əhalinin bu kateqoriyasının hüquqlarının müdafiəsi üzrə sektorun və Müvəkkilin bu sahə üzrə ixtisaslaşdırılmış müşavirinin fəaliyyət göstərdiyini vurğulayıb. E. Süleymanova bu qəsəbələrə hələ əvvəlki səfərləri zamanı 8 saylı məktəbi himayəyə götürdüklərini, buradakı məktəblərin kitabxanaları üçün 1000-dək müxtəlif ədəbiyyatın gətirildiyini qeyd edib.
Məcburi köçkünlərin çoxsaylı xahiş və müraciətlərinə əsasən, rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə Elmira Süleymanovaya “Füzulinin Fəxri sakini” adı verilib.
Qeyd olunub ki, bu il qəsəbə məktəblərində birinci sinfə gedəcək uşaqlara Heydər Əliyev Fondunun ayırdığı məktəb çantaları və digər dərs ləvazimatı paylanıb.
Ombudsman “Qayıdış” qəsəbələrindəki xəstəxanalara baxış keçirib, doğum şöbəsində olub, həkimlərlə söhbət aparıb, tibb müəssisəsinə reproduktiv sağlamlıq və ailə planlaşması mövzusunda plakatlar və nəşrlər təqdim edib.
Müvəkkil qəsəbədəki uşaq bağçasına da baş çəkib, sakinlərlə, valideynlərlə görüşüb, uşaqların təlim-tərbiyəsi, tərbiyəçilərin iş şəraiti ilə tanış olub.
Müvəkkil “Zobucuq” şəhər tipli qəsəbəsindəki 27 saylı orta məktəbdə sakinlər və pedaqoji kollektivlə görüş keçirib, tədris korpusunu gəzib, sinif otaqlarına, laboratoriyalara, fənn kabinetlərinə, həmçinin kompüter otağına baxıb. Ombudsman bu qəsəbədəki xəstəxanada olarkən cərrahiyyə, reanimasiya, doğum şöbələrinə, laboratoriyalara baxıb. Həmin səhiyyə müəssisəsi müasir standartlara cavab verən yeni tibb avadanlığı ilə təchiz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR