Bank Of Baku

Azərbaycanda yeni dərs ili başlayıb - FOTOSESSİYA

Azərbaycanda yeni dərs ili başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 15 sentyabr 2009 06:00 (UTC +04:00)
Yeni tədris ilində ölkənin 4569 orta ümumtəhsil məktəbində 1 427 910 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 170 000 müəllim məşğul olacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni dərs ilində I sinfə 125 114 şagird gedir. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 600 şagird qəbul olunub.

Yeni tədris ilində 37 dövlət ali təhsil müəssisində 110 670, 16 özəl ali məktəbdə isə 19 690 tələbə təhsil alacaq. Dövlət ali təhsil ocaqlarında 12 450, qeyri-dövlət ali məktəblərində isə 1 960 müəllim çalışır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorundan APA-ya verilən məlumata görə isə, bu tədris ilində paytaxtın 326 məktəbində ümumilikdə 328 000-ə yaxın şagird təhsil alacaq. Birincilərin sayı isə 29 500 nəfərdir.

Yeni dərs ilinin başlanması ilə əlaqədar bu gün Azərbaycan polisi də gücləndirilmiş iş rejimində işləyir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya bildirib ki, orta və ali təhsil müəssisələrinin qarşısında asayişin qorunması üçün polis naryadlarının sayının artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR