Bank Of Baku

Qırğızıstanın Kant şəhərinin məktəb-liseyində Azərbaycan dilində fəaliyyət göstərən bazar günü sinfinin açılışı olub

Qırğızıstanın Kant şəhərinin məktəb-liseyində Azərbaycan dilində fəaliyyət göstərən bazar günü sinfinin açılışı olub
# 15 sentyabr 2009 07:14 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva - APA. Qırğızıstanın Çuy vilayətində, azərbaycanlıların kompakt yaşadığı Kant şəhərinin 4 saylı məktəb-liseyində Azərbaycan dilində fəaliyyət göstərən bazar günü sinfinin açılışı keçirilib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev, İssık-Ata administrasiyasının rəhbəri, rayon Maarif İdarəsinin müdiri, məktəb rəhbərliyi, müəllim heyəti, Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Səfir A. Ağayev çıxışında məktəbdə təhsil alan azərbaycanlı şagirdlərə müraciət edərək onlara ana dilini bilməklə yanaşı, Azərbaycan xalqının mədəniyyətini, tarixini, ədəbiyyatını və milli-mənəvi dəyərlərini də öyrənməyi tövsiyə edib.

Rayon dövlət administrasiyasının başçısı B. Kenenbayev, Maarif İdarəsinin müdirəsi A. Maqsudova, azərbaycanlı şagirdlər Azərbaycan dili sinfinin müasir texnika, dərsliklər, bədii ədəbiyyat və digər avadanlıqlarla təmin olunmasına görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sinif əsaslı təmir edilib, kompüter, mebel dəsti, parta, televizor, printer, Heydər Əliyev Fondu və Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilmiş kitab və dərsliklərlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR