Bank Of Baku

ADU-da I kurs tələbələri ilə görüş keçirilib

ADU-da I kurs tələbələri ilə görüş keçirilib
# 15 sentyabr 2009 08:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan Dillər Universitetində (ADU) bu il tələbə adını qazanmış I kurs tələbələri ilə görüş keçirilib. APA məlumatına görə, giriş sözü ilə çıxış edən ADU-nun rektoru, AŞ PA-nın vitse-prezidenti Səməd Seyidov I kurs tələbələrini və onların valideynlərini təbrik edib. Rektor nəzərə çatdırıb ki, hazırda universitetdə 700 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Əvvəllər ali təhsil ocağının cəmi 1 tədris korpusu olduğu halda, indi 3 tədris korpusu tələbələrin ixtiyarındadır. Universitetdə əvvəlcə yalnız ingilis, fransız və alman dilləri tədris olunurdu, indi isə bu dillərə italyan, ispan, Koreya, Norveç və ivrit dilləri də əlavə olunub.

Tədbirin sonunda rektor tələbələrə tələbə bileti və qiymət kitabçası təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR