Bank Of Baku

İsmayıllıda bərpa işləri aparılan zaman qədim dövrə aid əşyalar aşkarlanıb

İsmayıllıda bərpa işləri aparılan zaman qədim dövrə aid əşyalar aşkarlanıb
# 15 sentyabr 2009 08:26 (UTC +04:00)
İsmayıllı. Zahid Abışov-APA. Azərbaycanın İsmayıllı rayonunda bərpa işləri aparılan zaman qədim dövrə aid əşyalar aşkarlanıb. APA-nın yerli bürosunun xəbərinə görə, Bakı- Qəbələ su kəmərinin bərpası zamanı İsmayıllı rayonunun Pirginar kəndi ərazisində 3 qəbir aşkar olunub. Ərazidə işləyən ekskavator qəbirlərdən ikisini dağıdıb. Qəbirlərdən insan sümükləri ilə bərabər, qədim əşyalar da tapılıb. Bununla bağlı rayonun tarix müəllimi İbadət Rəhimova müraciət olunub. Hazırda tapıntılar onun evində saxlanılır.
İ. Rəhimov qədim əşyaların tunc dövrünə aid olduğunu deyib.
Məsələ ilə bağlı İsmayılı rayon Diyarşünaslıq Mərkəzinə və müvafiq orqanlara məlumat verilib. Araşdırmalarla bağlı ərazidə bərpa işləri dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR