Bank Of Baku

İsgəndəriyyə Kitabxanasının direktoruna Tarix İnstitutunun fəxri doktoru diplomu verilib

İsgəndəriyyə Kitabxanasının direktoruna Tarix İnstitutunun fəxri doktoru diplomu verilib
# 15 sentyabr 2009 10:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə fəxri doktor diplomu verilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, İsmayıl Serageldin islam dünyasında çox tanınmış bir insandır. Misir İsgəndəriyyə Kitabxanasında isə qədim dövrlərdən başlayaraq ən qiymətli və nadir kitablar, sənədlər saxlanılır. Y. Mahmudovun sözlərinə görə, İsgəndəriyyə Kitabxanasında Azərbaycan tarixi ilə bağlı da qiymətli materiallar var: “Xüsusən də ərəb dövrü, Ağqoyunlular, Səfəvilər dövlətləri ilə bağlı İsgəndəriyyə Kitabxanasında məlumatlar mövcuddur. Məhz buna görə də Elmi Şura Tarix İnstitutu ilə İsgəndəriyyə Kitabxanası arasında elmi əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə qərar verib. Gələcəkdə İsgəndəriyyə Kitabxanası və Tarixi İnstitutu arasında geniş elmi əlaqələr olacaq. Müqavilədə hər il 2-3 alimin İsgəndəriyyə Kitabxanasında elmi tədqiqatlar aparması nəzərdə tutulub.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin isə bildirib ki, Azərbaycan şərqdə ilk demokratik dövlət yaratsa da, sonradan işğala məruz qalıb: “Bu tarixin öyrənilməsinin böyük əhəmiyyəti var. İkinci dəfə müstəqilliyini əldə etdikdən sonra yenə Azərbaycan torpaqlarının böyük əksəriyyəti işğal olunub. Misir hökuməti ərazilərin zor gücünə işğal edilməsinin əleyhinədir. Biz BMT qətnamələrinin icra olunmasının tərəfdarıyıq. İsgəndəriyyə kitabxanasında bütün lazımi məlumatların internat vasitəsilə ilə bütün dünyaya çatdırılmasını təşkil edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR