Bank Of Baku

Cibində 2 dollarla dünya səyahətinə çıxan yaponiyalı turist Azərbaycana da gəlib

Cibində 2 dollarla dünya səyahətinə çıxan yaponiyalı turist Azərbaycana da gəlib
# 15 sentyabr 2009 10:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Velosipedlə dünya səyahətinə çıxan 36 yaşlı yapon Keici İvasaki cibindəki 2 dollarla 45000 km yol qət edib və 37 ölkənin ərazisindən keçib. APA-nın “Bakı - islam mədəniyyətinin paytaxtı ili”nin saytına istinadən yaydığı xəbərə görə, turist 2001-ci ildə velosipedlə Yaponiyanı gəzmək üçün evdən çıxıb. Amma o, səyahətini uzatmaq qərarına gələrək bərə ilə Cənubi Koreyaya yollanıb və dünya səyahətinə başlayıb. Səyahət zamanı turist Azərbaycana da gəlib.

K. İvasaki 8 il ərzində Cənubi Koreya, Çin, Vyetnam, Kamboca, Tailand, Malayziya, Sinqapur, Laos, Nepal, Hindistan, Banqladeş, Pakistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Makedoniya, Albaniya, Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Macarıstan, Slovakiya, Çexiya, Avstriya, Almaniya, Hollandiya, Belçika, İngiltərə, İspaniya, Portuqaliya, Andorra və İsveçrədə olub.

Səyahət zamanı İvasaki xoşagəlməz hadisələrlə də rastlaşıb. Belə ki, dəniz quldurları onu qarət ediblər, Tibetdə quduz itin hücumuna məruz qalıb, Nepalda evlənməkdən canını qurtarıb, Hindistanda isə həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR