Bank Of Baku

Yeni qaydaların tətbiqindən sonra İçərişəhərə gün ərzində daxil olan nəqliyyat vasitələrinin sayı azalıb

Yeni qaydaların tətbiqindən sonra İçərişəhərə gün ərzində daxil olan nəqliyyat vasitələrinin sayı azalıb
# 15 sentyabr 2009 23:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sentyabrın 1-dən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazisində avtomobillərin girişi ilə bağlı yeni qaydaların tətbiqindən sonra bu əraziyə gün ərzində daxil olan nəqliyyat vasitələrinin sayı azalıb. Bu barədə APA-ya Qoruq İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Yeni qaydalar tətbiq olunmamışdan qabaq İçərişəhərə gün ərzində 2000-2500 avtomobil daxil olurdusa, hazırda onların sayı 1000-1200-ü keçmir. Qoruq ərazisinə eyni vaxtda daxil olan nəqliyyat vasitələri üçün limit də müəyyənləşib. İçərişəhər ərazisinə eyni vaxtda 450 avtomobil daxil ola bilər. Lakin hələlik qoruq ərazisinə daxil olan avtomobillər bu limiti aşmayıblar. İçərişəhər ərazisində eyni vaxtda hərəkət edən avtomobillərin sayı 400-ü keçmir.

Qeyd edək ki, sentyabrın 1-dən İçərişəhərdəki bütün avtomobil yolları birtərəfli hərəkət sisteminə keçirilib. Əraziyə sərbəst giriş təkcə elektron kart əsasında İçərişəhərdə yaşayan və fəaliyyət göstərən rezidentlərə, həmçinin xüsusi nəqliyyat vasitələrinə (yanğından mühafizə, polis, təcili tibbi yardım və s.) şamil olunub. Ərazidə yerləşən kommersiya qurumlarına elektron kart ödənişli əsaslarla verilir. Bütün digər nəqliyyat vasitələrinin sürücüləri isə qoruq ərazisində eyni vaxtda daxil ola bilən avtomobillərin sayına qoyulan limit imkan verdiyi halda birdəfəlik bilet əsasında daxil ola bilirlər. Biletin qiyməti ərazidə olma müddətdən asılı olaraq birinci saata görə 2 manat, sonrakı hər saata görə isə 1 manat məbləğində müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR