Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Demokratiya Günü münasibətilə dünya ölkələrinə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq Demokratiya Günü münasibətilə dünya ölkələrinə müraciət edib
# 15 sentyabr 2009 12:35 (UTC +04:00)
Bakı – APA. BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Demokratiya Günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunur ki, demokratiyanın universal prinsipləri özündə birləşdirməsinə və ən optimal siyasi-ictimai rejim kimi qəbul olunmasına baxmayaraq, onun möhkəmləndirməsi yolunda bir sıra problemlər mövcuddur: “Demokratik rejimlərin bərpa edilməsi və ya yeni rejimlərin yaradılması, zəif demokratik rejimlərin qorunması və hətta uzun zaman fəaliyyətdə olan demokratik institutların təkmilləşdirilməsi məsuliyyət və əzm tələb edən işdir. Demokratik islahatların keçirilməsində ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda beynəlxalq ictimaiyyət bu prosesdə dəstəkləyici qüvvə rolunu oynayır. Həqiqətən də demokratik institutların yaradılmasında, seçkilərin keçirilməsində, qanunların tətbiq edilməsində və vətəndaş cəmiyyətinin möhkəmləndirməsində BMT-nin yardımına olan tələbat nəzərəçarpacaq dərəcədə böyükdür. Bu tendensiya çox güman ki, davam edəcək. Milli potensialın yaradılmasında və demokratik mədəniyyətin formalaşmasında BMT yardımının həqiqətən faydalı olmasını təmin etmək məqsədilə ilk addım olaraq mən BMT-nın bütün bölmələrinə demokratiya məsələləri ilə bağlı rəhbərlik məktubu göndərdim. Bu məktubda BMT-nin demokratiya məsələləri ilə bağlı apardığı işin əsas prinsipləri, təşkilatın demokratiyanın təmin edilməsi üçün həyata keçirdiyi ardıcıl və səmərəli aksiyalar təsvir edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR