Bank Of Baku

Azərbaycan millət vəkili ən yüksək balla universitetə daxil olan tələbəni təltif edib

Azərbaycan millət vəkili ən yüksək balla universitetə daxil olan tələbəni təltif edib
# 15 sentyabr 2009 12:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin üzvü Səbayel rayonundakı 7 saylı məktəbdə II ixtisas qrupu üzrə ən yüksək bal toplayaraq universitetə daxil olan tələbəni təltif edib. APA-nın məlumatına görə, Milli Məclisin deputatı Nazim Məmmədov iqtisadiyyat sahəsi üzrə ən yüksək bal toplayaraq ali məktəbə daxil olan Sənəm Aslanovaya yeni model noutbuk təqdim edib.

N. Məmmədov, həmçinin tələbəyə təhsil aldığı müddətdə aylıq təqaüd də ayırıb. Millət vəkili məktəb kollektivi qarşısında çıxış edərək, ölkənin istedadlı və bilikli gənclərə çox böyük ehtiyacının olduğunu diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR