Bank Of Baku

Avropalılar məzuniyyət vaxtı xəstələnməyə görə kompensasiya ala bilərlər

Avropalılar məzuniyyət vaxtı xəstələnməyə görə kompensasiya ala bilərlər
# 15 sentyabr 2009 15:30 (UTC +04:00)
Bakı – APA-Economics. Avropa şirkətlərinin əməkdaşları məzuniyyətdə olduqları vaxt xəstələndikləri müddət üçün kompensasiya tələb etmək hüququ qazanıblar. “APA-Economics”in “The Times”ə istinadən xəbərinə görə, bu barədə Avropa Məhkəməsi müvafiq qərar qəbul edib.
Həmin qərara əsasən, məzuniyyətdə olan əməkdaş xəstələnərsə, bunu təsdiq edən sənəd təqdim etməklə xəstəlik müddətinə bərabər günləri məzuniyyət müddətinin üstünə əlavə edə bilər. Həmin müddəti gələn ilə keçirmək və ya növbəti məzuniyyətə birləşdirmək də olar.
Müşahidəçilərin fikrincə, Avropa Məhkəməsinin bu qərarı şirkətlərə və işəgötürənlərə külli miqdarda ziyan vura bilər. Məzuniyyət vaxtı özünü xəstəliyə vuran işçi ilə sahibkar arasında kompensasiya üstündə mübahisələrin artacağı da istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR