Bank Of Baku

Sumqayıtda yeni məktəb binası istifadəyə verilib

Sumqayıtda yeni məktəb binası istifadəyə verilib
# 15 sentyabr 2009 14:41 (UTC +04:00)
Sumqayıt – APA. Bu gün Sumqayıt şəhərində 42 saylı orta məktəbin yeni binasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev 2003-cü ildən etibarən şəhərdə artıq 4 müasir tipli məktəb binasının inşa edildiyini, 7 məktəb üçün 2200 yerlik əlavə tədris korpuslarının tikilib istifadəyə verildiyini, 5 məktəbdə isə əsaslı təmir işlərinin aparıldığını vurğulayıb. O, məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən məktəb müəllimləri, valideynlər və şagirdlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Mərasimin sonunda qonaqlar yeni məktəb binası ilə tanış olublar.

Qeyd edək ki, məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə tam təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR