Bank Of Baku

2010-cu ildə Azərbaycan üçün Con Smit Təqaüd Proqramının təqdimatı keçirilib

2010-cu ildə Azərbaycan üçün Con Smit Təqaüd Proqramının təqdimatı keçirilib
# 15 sentyabr 2009 15:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda səfərdə olan Böyük Britaniya parlamentinin üzvü, Con Smit Fondunun viste-prezidenti Damian Qrin mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Damian Qrin konfransda 2010-cu ildə Azərbaycan üçün nəzərdə tutulan Con Smit Təqaüd Proqramını təqdim edib. Bu proqram Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir və bu proqram çərçivəsində 16 azərbaycanlı təqaüd qazanaraq Böyük Britaniyaya 5 həftəlik səyahət etmək, burada hökumət üzvləri və yüksək vəzifəli şəxslərlə görüşmək imkanı qazanıblar. Proqramın məqsədi demokratiya və insan haqlarını inkişaf etdirmək, bu sahələrdə təcrübə mübadiləsi aparmaqdır. Damian Qrin bildirib ki, bu pozitiv tendensiyanı davam etdirmək və Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin genişlənməsinə yardım göstərmək üçün ölkəmizə gəldiyinə çox şaddır. Xatırladaq ki, bu proqram Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya və Ukraynada həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR