Bank Of Baku

Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə cərimə tətbiq edilib

Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə cərimə tətbiq edilib
# 16 sentyabr 2009 07:18 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 7-13 sentyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 16 akt və protokol tərtib olunub. Ümumilikdə 9 iş üzrə 43500 manat məbləğində cərimə tətbiq edilib.
Su ehtiyatları üzrə 2 akt və protokol tərtib olunmuş və 2 iş üzrə 18000 manat məbləğində cərimə tətbiq edilib. Atmosfer havasının mühafizəsi ilə bağlı 3 akt tərtib olunub. Yerin təkinin mühafizəsi sahəsində 3 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 6800 manat məbləğində cərimə tətbiq edilib.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 5 akt və protokol tərtib olunub və 3 iş üzrə 18000 manat məbləğində cərimə tətbiq edilib.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 3 akt tərtib olunmuş və 1 iş üzrə 700 manat məbləğində cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR