Bank Of Baku

BMT Baş katibi Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü münasibətilə müraciət edib

BMT Baş katibi Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü münasibətilə müraciət edib
# 16 sentyabr 2009 08:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT Baş katibi Pan Gi Mun 16 sentyabr- Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü münasibətilə üzv ölkələrə müraciət ünvanlayıb. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Yer kürəsinin qoruyucu qatının təmir və bərpasını nəzərdə tutan “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyası və ona əlavə Monreal protokolunun maliyyələşdirilməsi və həyata keçirilməsi tərzi bizi çox ruhlandırır. Əldə edilmiş dəlillər göstərir ki, xloroflürokarbon və ya CFC adlanan ozondağıdıcı maddələr istehsalının 1990-cı ildən başlayaraq azalması, iqlim dəyişikliyində irəliləyişin əldə olunmasını 12 il sürətləndirib. CFC sahəsindəki beynəlxalq əməkdaşlıq göstərir ki, birlikdə görüləcək tədbirlər, planetimizin üzləşdiyi risklərin azalmasına və gələcək nəsil üçün daha təhlükəsiz dünya yaradılmasına güclü təsir göstərəcək”.
Baş katib bildirib ki, ozon qatının məhv olunmasına səbəb olan maddələrin əvəzinə hidroflürokarbon və ya HFC-nin istifadəsi və bu zərərsiz maddələrin köpüklərdə, soyuducularda, kondisionerlərdə istifadə olunması 2050-ci ildə iqlim dəyişikliyinə çox böyük töhfə verə bilər və bunun köməyi ilə parnik qazlarının, karbon qazının və mədən yanacağından əmələ gələn metan qazlarının təsirini azaltmaq mümkün olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR