Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası şura tərəfindən maliyyələşdirilən layihələrin monitorinqinə həsr olunmuş tədbir keçirib

QHT-lərə Dövlət Dəstəyi Şurası şura tərəfindən maliyyələşdirilən layihələrin monitorinqinə həsr olunmuş tədbir keçirib
# 16 sentyabr 2009 10:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu ildə şura tərəfindən maliyyələşdirilən layihələrin monitorinqinin I mərhələsinin yekunları ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə şuranın sədri Azay Quliyev bildirib ki, Şura katibliyi ilə yanaşı Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu da layihələrin monitorinqini aparıb. O, bildirib ki, müsabiqə üçün ayrılmış vəsaitin ədalətli bölünməsi nə qədər çətindirsə, vəsaitin nə dərəcədə doğru xərclənməsinə nəzarət etmək daha böyük problemdir. O, ötən müddət ərzində Şuradan maliyyə vəsaiti almış 229 layihənin monitorinqinin aparıldığını qeyd edib. O bəzən bir layihənin bir neçə dəfə monitorinqinin aparıldığını deyib: “Monitorinqin aparılması zamanı bir sıra ciddi problemlər də üzə çıxdı. Elə təşkilatlar var ki, monitorinq üçün imkan yaratmır, hətta elementar sənədləşmələri belə həyata keçirmir. Həmin təşkilatlarla şuranın əməkdaşlıq məsələsinə gələcəkdə baxılacaq və belə qurumlarla 2 il əməkdaşlıq olmayacaq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qurum tərəfindən 113 təşkilatda monitorinq aparılmasının nəzərdə tutulduğunu, lakin cəmi 106 təşkilatda monitorinq keçirildiyini bildirib. Monitorinq qrupunun üzvü Siab Məmmədli layihələrin 83 faizinin plana uyğun həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, bəzən layihələr normal həyata keçirilsə də, sənədləşmə işi qənaətbəxş olmur.

Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov isə bildirib ki, onlar apardıqları monitorinq zamanı ciddi neqativ hallarla rastlaşmayıblar. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov da katibliyin apardığı monitorinqin nəticələrini iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, konfransa Şuradan maliyyə almış QHT-lərin rəhbərləri də qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR