Bank Of Baku

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində elmi-tədqiqat institutu yaradılır

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində elmi-tədqiqat institutu yaradılır
# 16 sentyabr 2009 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Nazirlər Kabineti Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun yaradılması barədə qərar qəbul edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Elmi-Tədqiqat İnstitutu ADİU-da fəaliyyət göstərən «Azərbaycan regionlarının inkişafı problemləri üzrə elmi araşdırma və konsaltinq» Mərkəzinin bazasında və mövcud ştat vahidləri dairəsində yaradılıb. İnstitutun fəaliyyəti ilə bağlı tələb olunan xərclər isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin ADİU üzrə nəzərdə tutulmuş vəsaiti çərçivəsində həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR