Bank Of Baku

“İnsan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib

“İnsan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib
# 16 sentyabr 2009 14:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və “Yes” Azərbaycan Təşkilatı “İnsan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə Polşanın “Communications Without Barriers” Fondunun prezidenti Iolanta Kvasnevska, Belçika Senatının fəxri prezidenti Ənn-Mari Lizi, Polşa Respublikası, Belçika Krallığı, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirləri də iştirak ediblər. Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan Nazirlər Kabineti tərəfindən insan alverinə qarşı mübarizə ilə əlaqədar bir sıra normativ hüquqi aktlar qəbul edilib. Azərbaycanda insan alverinə qarşı mübarizənin dövlət səviyyəsində qurulduğunu deyən H. Hüseynovanın sözlərinə görə, Heydər Əliyev Fondunun fəal iştirakı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu arasında “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsinin həyata keçirilməsi də buna əyani sübutdur.
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev isə bildirib ki, insan alveri qurbanları əsasən miqrantlardan ibarətdir. DMX rəsmisinin sözlərinə görə, insan alveri ilə bağlı faktların qarşısını almaq üçün Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə tədbirlər planı hazırlanıb: “Dövlət Miqrasiya Xidməti fəaliyyətə başladığı gündən indiyədək bizim quruma 1000 nəfərdən artıq uşaq, 12 000 nəfər artıq qadın müraciət edib. Uşaqlar yalnız valideynlərinin vəsatəti əsasında qeydə alınırlar. Bu cür qeydəalınma həmin uşaqların insan alverçiləri tərəfindən istifadəsinin qarşısını alır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR