Bank Of Baku

Səhiyyə Nazirliyi “Uşaq ili” ilə bağlı görülmüş tədbirlərlə əlaqədar yarımillik hesabatını açıqlayıb

Səhiyyə Nazirliyi “Uşaq ili” ilə bağlı görülmüş tədbirlərlə əlaqədar yarımillik hesabatını açıqlayıb
# 16 sentyabr 2009 15:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Səhiyyə Nazirliyi “Uşaq ili” ilə bağlı görülmüş tədbirlərlə əlaqədar yarımillik hesabatını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2009-cu ilin birinci yarısında Bakı şəhəri üzrə 176817 uşaq və yeniyetmə kütləvi tibbi müayinədən keçirilib, müayinə 184 məktəb və 82 uşaq bağçasını əhatə edib. Onlardan 15743 nəfərdə müxtəlif patologiyalar aşkarlanıb və müalicəyə göndərilib, 5880 nəfər dispanser qeydiyyatına götürülüb. Bütün müayinə olunmuşlardan 10125 uşaq qaçqın və məcburi köçkün ailələrindəndir. Qalan məktəb və uşaq bağçalarında kütləvi tibbi müayinələrin aparılması tərtib olunmuş vaxt cədvəlinə əsasən yeni tədris ilində davam etdiriləcək.

K. Fərəcov ad. Pediatriya İnstitutu tərəfindən qeyd olunan müddət ərzində səyyar və yerli regional briqadalar tərəfindən 30 rayonda 84032 uşaq müayinədən keçirilib, onlardan 11416 nəfər dispanser qeydiyyatına götürülüb. 8 regionun qaçqın və məcburi köçkünlər məskunlaşmış şəhərciklərində 6739 uşaqdan 2404 nəfər müayinədən keçirilib. Onlardan 1283 uşaq müxtəlif xəstəliklər üzrə müalicəyə təyinat alıb və stasionarlara göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR