Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına gəlirləri 11% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri 11% artıb
# 17 sentyabr 2009 06:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,2% artaraq 1 655,3 manata çatıb və ayda orta hesabla 206,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilmiş 14,6 mlrd. manatlıq gəlirin 66,9%-i son istehlaka, 10,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 23%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Hesabat dövründə vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 13,1 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 12,8% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR