Bank Of Baku

Kürdəmir ərazisində XII-XIII əsrlərdə mövcud olmuş şəhər qalıqları aşkar edilib

Kürdəmir ərazisində XII-XIII əsrlərdə mövcud olmuş şəhər qalıqları aşkar edilib
# 17 sentyabr 2009 08:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı arxeoloji ekspedisiyasının əməkdaşları Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində XII-XIII əsrlərdə mövcud olmuş şəhər qalıqları aşkar ediblər. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qazıntıya rəhbərlik edən Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyev şəhərin yandırıldığının ehtimal edildiyini söyləyib. Təxminən 200 kvadrat metr sahədə aparılan qazıntı işləri nəticəsində əsas divarlarının hündürlüyü 2 metrdən ibarət olan unikal tikinti kompleksinin, 300-ə yaxın müxtəlif saxsı qablar, muncuq və mis pulların və aşkar edildiyini bildirən Q. Cəbiyev tapılan əşyaların laborator araşdırmalardan sonra Kürdəmir muzeyinə təhvil veriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR