Bank Of Baku

Azərbaycan paytaxtında intensiv yağışlar gözlənilir

Azərbaycan paytaxtında intensiv yağışlar gözlənilir
# 17 sentyabr 2009 08:49 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 21-23, axşam 18-20 dərəcə isti olacaq.

Sentyabrın 18-də havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 21-23 dərəcə isti olacaq.

Sentyabrın 19-da hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Sentyabrın 20-də hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 18-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər əsasən şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 13-17, gündüz 21-26, dağlarda gecə 6-10, gündüz 13-16 dərəcə isti gözlənilir.

Sentyabrın 19-20-də hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 19-da gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-10, gündüz 15-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR