Bank Of Baku

Dünyada 1 milyard insan aclıqdan əziyyət çəkir

Dünyada 1 milyard insan aclıqdan əziyyət çəkir
# 17 sentyabr 2009 08:52 (UTC +04:00)
Bakı – APA-Economics. 2009-cu ildə dünya üzrə daimi və ya müvəqqəti aclıq keçirən insanların sayı 1 milyard nəfəri keçib. “APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bunu BMT-nin Ərzaq Proqramının direktoru Conet Şiran deyib.
C.Şiran qeyd edib ki, aclıq keçirənlərə göstərilən humanitar yardımın həcmi indiyə qədərki ən minimum həddinə çatıb. Nəticədə milyonlarla ehtiyacı olan insan humanitar yardımdan məhrum olub. Buna səbəb BMT Ərzaq Proqramının üzləşdiyi kritik qıtlıqdır. Artıq Uqanda, Kot d’İvuar və Nigerə humanitar yardımların göndərilməsi dayandırılıb.
Qeyd edək ki, humanitar yüklərin daşınmasına cavabdeh olan BMT-nin Humanitar Hava Xidməti bu il planlaşdırılan 70 milyon dolları ala bilməyib. 2009-cu il üçün büdcəsi 160 mln. dollar olan xidmət hələlik 90 mln. dollarlıq vasitələrə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR