Bank Of Baku

Alman mütəxəssis 2 il Sumqayıtda çalışacaq

Alman mütəxəssis 2 il Sumqayıtda çalışacaq
# 17 sentyabr 2009 09:33 (UTC +04:00)
Bakı – APA-Economics. Kadastrların hazırlanması üzrə beynəlxalq mütəxəssis, almaniyalı Hartmut Yunqe Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə 2 il ərzində Sumqayıtda işləyəcək. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Onun sözlərinə görə, 30 ildən artıqdır qardaşlaşmış şəhər əlaqəsinə malik olan Sumqayıt şəhəri ilə Almaniyanın Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edir. Ötən müddətdə layihəyə əsasən alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilib.

Layihə çərçivəsində şəhərlər həmçinin Sumqayıt şəhərində çirklənmiş ərazilərin kadastrının hazırlanması üzrə əməkdaşlıq edir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, kadastr üzrə beynəlxalq mütəxəssis cənab Hartmut Yunqe bu məqsədlə sentyabr ayından etibarən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsində iş fəaliyyətinə başlayacaq. H.Yunqe 2 il ərzində Sumqayıtda xüsusilə sənaye tullantıları ilə çirklənmiş ərazilərin yeni uçot sisteminin tərtib olunması, məlumatların elektron bazasının formalaşdırılması, həmçinin sistemin gələcəkdə istifadəsi üçün bu sahədə yerli mütəxəssislərin hazırlanması ilə məşğul olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR