Bank Of Baku

Sumqayıtda Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoxlamalara başlanılıb

Sumqayıtda Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoxlamalara başlanılıb
# 17 sentyabr 2009 16:13 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi şəhər ərazisində yerləşən sənaye müəssisələri, məişət, kommunal, ticarət, iaşə və qida sənayesi müəssisələrində yoxlamalara başlayıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Son on gün ərzində ümumilikdə 29 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb, aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib. Obyektlərin müəyyən hissəsində laborator müayinə üsullarından istifadə etməklə yoxlamalar aparılıb. Eyni zamanda hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qurunt və ya içməli su xəttindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR