Bank Of Baku

Jitomirdə azərbaycanlı döyüşçünün cəsədinin qalıqlarını aşkarlamış Ukrayna nümayəndə heyəti mətbuat konfransı keçirib

Jitomirdə azərbaycanlı döyüşçünün cəsədinin qalıqlarını aşkarlamış Ukrayna nümayəndə heyəti mətbuat konfransı keçirib
# 17 sentyabr 2009 16:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda səfərdə olan Ukrayna Sosial Təhlükəsizlik Agentliyinin direktoru Svetlana Kuşnarevanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, nümayəndə heyətinin rəhbəri Svetlana Kuşnareva Ukraynada “Birlikdə qalib gəldik” beynəlxalq sosial-vətənpərvər layihənin həyata keçirildiyini bildirib. Layihə çərçivəsində yaradılan axtarış qrupu Ukrayna uğrunda döyüşlərdə həlak olmuş döyüşçülərin cəsədlərinin qalıqlarını aşkarlayaraq dəfn edirlər. Kuşnareva bu müddət ərzində 4,500-dən artıq döyüşçünün cəsədlərinin qalıqlarının aşkarlanaraq dəfn olunduğunu bildirib. O qeyd edib ki, çox az hallarda belə döyüşçülərin ailələrini tapmaq mümkün olur: “Belə döyüşçülərdən biri də 21 yaşında Ukrayna torpaqlarını düşmən tapdağından azad edən azərbaycanlı Ziyafət Məlikovdur. Döyüşçünün cəsədinin qalıqları ailə üzvlərinə təhvil verilib”. Qeyd edək ki, həmyerlimiz Ziyafət Məlikovun cəsədinin qalıqları 20 gün əvvəl Vətənə gətirilib və doğma Siyəzən rayonunda torpağa tapşırılıb.

Tədbirdə Svetlana Kuşnirova və “Birlikdə qalib gəldik” layihəsinin həmsədri Yevdokiya Zavaliy azərbaycanlı döyüşçülərin xatirələrini əbədiləşdirdiklərinə görə Azərbaycan Respublikası Veteranlar Şurası Prezidiumu adından fəxri fərmanlarla təltif olunublar. Böyük Vətən müharibəsində dəniz piyadaları taqımına rəhbərlik etmiş yeganə qadın olan Yevdokiya Zavaliy müharibə dövründə onun rəhbərliyi altında döyüşmüş Həsən Hüseynov və cəsədi bu günlərdə Bakıda dəfn olunan Ziyafət Məlikovun təltif olunduqları “Ukraynanın azad olunmasına görə” mükafatlarını onların ailə üzvlərinə təqdim edib.

Qeyd edək ki, II dünya müharibəsində 300 min azərbaycanlı həlak olub, onların bir qismi Ukrayna uğrunda döyüşlərdə dünyasını dəyişib. Azərbaycanlılardan təşkil olunmuş 77, 223 və 416-cı atıcı diviziyalar Ukraynanın faşist işğalından azad olunması uğrunda döyüşlərdə aktiv iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR