Bank Of Baku

15 illik fasilədən sonra Şəkinin Orta Zəyzid kəndinə yenidən təbii qaz verilib

15 illik fasilədən sonra Şəkinin Orta Zəyzid kəndinə yenidən təbii qaz verilib
# 17 sentyabr 2009 18:10 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəkinin Orta Zəyzid kəndinə 15 illik fasilədən sonra təbii qazın verilməsi bərpa edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, müxtəlif səbəblərdən rayonun Orta Zəyzid kəndinə təbii qazın verilməsi 1994-cü ildən dayandırılmışdı. Zəyzid kənd bələdiyyəsinin maliyyə dəstəyi ilə kəndə gələn və kəndin ərazisindəki qaz xətləri təmir edilib, istismar müddəti başa çatmış qaz xətləri yeniləri ilə əvəz edilib. Təmir və bərpa işləri başa çatdıqdan sonra, bu gün rayonun Orta Zəyzid kəndinə 15 illik fasilədən sonra təbii qazın verilməsi bərpa edilib. Artıq 202 ev təbii qazdan istifadə etməyə başlayıb.
Qeyd edək ki, Orta Zəyzid kəndində ümumilikdə 700 ev mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR