Bank Of Baku

Naxçıvanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasnaməsi və strukturu təsdiqlənib

Naxçıvanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasnaməsi və strukturu təsdiqlənib
# 18 sentyabr 2009 06:38 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov - APA. Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə və Komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fərmanda Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Komitənin aparat işçilərinin say həddi 78 ştat vahidi müəyyən edilib.

Əsasnamədə Ümumi müddəalar, Komitənin fəaliyyət istiqamətləri, Komitənin vəzifələri, Komitənin hüquqları, fəaliyyətinin təşkili təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR