Bank Of Baku

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə hallar nazirlərinin toplantısı keçirilir - FOTOSESSİYA

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə hallar nazirlərinin toplantısı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 18 sentyabr 2009 08:00 (UTC +04:00)
APA-nın məlumatına görə, toplantıya Ermənistan istisna olmaqla, QDİƏT-ə üzv ölkələrin nümayəndələri qatılıb. Tədbirin açılışında çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların aradan qaldırılması istiqamətində görülən işlərdən, bu sahədə qazanılan uğurlardan danışıb. Nazir deyib ki, iclas ölkələr arasında əlaqələri daha da gücləndirəcək.

QDİƏT sədrinin nümayəndəsi, Azərbaycan Xarici İşlər Nazirliyinin departament rəhbəri Altay Əfəndiyev texnogen problemlərin həlli istiqamətində əlaqələrin gücləndirilməsinə ehtiyac duyulduğunu, bu sahədə QDİƏT ölkələri arasında əməkdaşlığın inkişafı üçün böyük imkan olduğunu deyib.

Rusiya fövqəladə hallar nazirinin müavini Vladimir Puçkov isə bildirib ki, Qara dəniz hövzəsində fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var: “Hansısa hadisə baş verəndə biz birgə çıxış etməliyik. Bizim əməkdaşlığımız fövqəladə halların aradan qaldırılmasında böyük əhəmiyyət daşıyacaq”.

Toplantı davam edir.

Qeyd edək ki, tədbir iştirakçıları bu gün Fövqəladə Hallar Nazirliyi tərəfindən keçiriləcək təlimi də izləyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR