Bank Of Baku

Azərbaycan əhalisinə satılan malların həcmi yanvar-avqust aylarında 9,5% artıb

Azərbaycan əhalisinə satılan malların həcmi yanvar-avqust aylarında 9,5% artıb
# 18 sentyabr 2009 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 9,5% artaraq 9 893,2 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 69%-i pərakəndə əmtəə dövriyyəsi, 31%-i əhaliyə göstərilən pullu xidmətlərin real həcminin artması hesabına yaranıb.

İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 75,5% və 24,5% təşkil edib.

Bununla yanaşı, 2009-cu ilin səkkiz ayında əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub, ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 139,9 manatlıq və ya 11,4 manat çox müxtəlif istehlak malları almış və pullu xidmətlərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR