Bank Of Baku

Azərbaycanda işsiz statusa malik olanların yarısından çoxu kişilərdir

Azərbaycanda işsiz statusa malik olanların yarısından çoxu kişilərdir
# 18 sentyabr 2009 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda iqtisadi fəal əhalinin sayı 2009-cu ilin sentyabr ayının 1-i vəziyyətinə 4 327,8 min nəfər olub ki, onlardan 4 067,2 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-iyul aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 377,8 min nəfər, orta siyahı sayı isə 1 357,7 min nəfər təşkil edib. Onların 869,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 488,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,9%-i istehsal sahələrində - 12,2%-i sənayedə, 4,9%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,6%-i topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,3%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,2%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,6%-i isə digər sahələrdə cəmlənib.

Hesabat dövründə müəssisə və təşkilatlarda 5 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,6 min nəfəri tikintidə, 0,7 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,6 min nəfəri topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,4 min nəfəri təhsil sahəsində və 0,3 min nəfəri digər sahələrdə işləyib.

Məşğulluq mərkəzlərinin məlumatına görə, 2009-cu il sentyabr ayının 1-i vəziyyətinə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 43 352 nəfər olub və 44,9%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR