Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvar-avqust aylarında 12,6% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvar-avqust aylarında 12,6% artıb
# 18 sentyabr 2009 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə 2 424,8 mln. manatlıq və ya 12,6% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə artımın 48,2%-ni özəl sektorun müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2008-ci ilin eyni dövrünün səviyyəsini 8,1% üstələyərək 1 736,1 mln. manata çatıb.

Hər bir ölkə sakini orta hesabla ayda 34,3 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 3,9 manatı hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR