Kürdəmirin Şilyan kəndinin məktəblərində şagirdlərə geyimlər üçqat baha qiymətə satılır - ARAŞDIRMA
Kənd sakinləri APA-ya açıqlamasında bu gün məktəblərin təhsil ocağından daha çox bazara oxşadığını bildiriblər: “Kənd məktəblərində şagirdlərə geyimlər, jurnallar, qiymət kitabçaları məcburi qaydada satılır, təhsil müəssisələrinin təmiri və uşaqların sığortalanması üçün pul yığılır. Şagirdlərdən pul yığa bilmədikdə isə məktəb rəhbərliyi müəllimləri evlərə göndərərək valideynlərdən pul tələb edir. İmkansız valideynlər tələb olunan məbləği ödəyə bilmədikdə isə müəllimlər məcbur olur ki, öz əmək haqlarının bir hissəsini valideynlərin əvəzinə şagirdlərin geyiminə və digər “xərclər”ə sərf etsinlər. Ötən il də kəndimizin məktəblərində vəziyyət bu cür olub. Çünki yuxarıdan belə tələb qoyulub ki, müəllimlər, sinif rəhbərləri öz şagirdlərini yeni formalarla təmin etməlidir. Müəllimlər də son vaxtlar onların əmək haqlarının 3 faizinin uşaq fondu adı ilə tutulmasından da narazıdır”.
Adlarının açıqlanmasını istəməyən müəllimlər əməkdaşımızla söhbətdə bildiriblər ki, məktəb direktorlarışagird geyimlərinin pulunun sentyabrın 19-dək yığmağı tələb edirlər: “Şagird geyimi üçün hər məktəbdən 4500 manata yaxın vəsait toplamaq tələb olunur. Deyilənə görə, tələb olunan geyim pullarını ödəməklə bağlı çıxılmaz vəziyyətdə qalan direktorlar kreditlə pul götürmək üçün banklara müraciət edirlər”.
Kənd sakinləri bu səbəblərdən müəllim və şagirdlərin dərsdən, tədris və təlim-tərbiyə işlərindən uzaq düşərək kommersiya fəaliyyəti ilə məşğul olduqlarını deyiblər: “İndi onları yalnız bir şey düşündürür - görəsən, bu geyim məsələsi nə vaxt öz müsbət həllini tapacaq? Bu qanunsuz pul yığımı məsələsinə görə, müəllimlərlə yanaşı direktorlar da camaat qarşısında üzüqaradır. Direktorlar pul yığılmasına etiraz edən valideynlərə deyirlər ki, hara istəyirsiniz, şikayət edin. Əgər sizin sözünüzü eşitsələr, onda bizim də bu alver işlərindən canımız qurtarar”.
Kənd sakinlərinin narazılığına səbəb olan məsələlərdən biri məktəbli geyimlərinin onlara mağazadakı qiymətdən 3 qat baha satılmasıdır: “Hazırda kəndin məktəblərində hər üç şagirddən yalnız biri dərsə təzə formada gedir. Digər uşaqlar isə adi geyimdə məktəbə gedirlər. Məktəblərə paylanılan təzə şagird geyimləri isə direktorların otağında öz müştərilərini gözləyir. Mağazalarda 10-12 manata olan məktəbli formasını direktorlar şagirdlərə 30-35 manata məcbur satırlar”.
Sakinlərin sözlərinə görə, məktəblərə geyimlər şagirdlərin sayına uyğun olaraq paylanılıb. Lakin bu işdə də problem yaranıb - təhsil müəssisələrində satılan geyimlərin çoxu uşaqların bədən ölçülərinə uyğun gəlmir: “Keyfiyyətsiz tikilən bu geyimlər uşaqların ölçüsündən ya böyük olur, ya da kiçik. Odur ki, şagirdlər direktorun “qara dəftər”inə düşməmək üçün bu lazımsız paltarlara əlavə 30-35 manat pul xərcləyir, həmin paltarları evdə saxlayır, əvəzində isə mağazadan öz ölçüsünə uyğun məktəbli geyimi alaraq istifadə edirlər”.
Valideynlər bu vəziyyətin artıq üç ildir davam etdiyini deyiblər: “Kiminsə marağına xidmət edən və hansısa işbaza küllü miqdarda qazanc gətirən geyim satışı siyasəti artıq bizi hövsələdən çıxarıb. Ötən il övladlarımız üçün məktəbdən bir geyimi 25 manata alırdıqsa, indi həmin paltar 10 manat da baha satılır. Özü də tələb edirlər ki, şagirdlər ötən ilki geyimlərdən bu dərs ilində istifadə edə bilməzlər, mütləq yenisini almalısınız”.
Şilyan kənd sakini, 4 uşaq atası Nemət Əbdürrəhmanov APA-ya imkansızlıq ucbatından hələ də məktəbli geyimi ala bilmədiyini deyib. Onun sözlərinə görə, şagirdlərə geyimlər məktəbdən ulsuz verilməlidir. Kənd sakini Səhhət Abışov isə məktəbdə oxuyan 5 uşağın hər birinə 12 manatlıq forma aldığını və direktorun məcburi qaydada satmaq istədiyi geyimdən imtina etdiyini bildirib. Kənd sakinlərindən Nəriman Həbibov və Vüqar Mikayılov isə uşaqlarına məktəbli formasının məcburi verilməsinə və həmin paltarın mağaza qiymətindən çox baha olmasına etiraz edərək səhəri gün paltarları direktora qaytarıblar.
Əməkdaşımız Elxan Zülfüqarov adına Şilyan kənd orta məktəbin direktoru Xidmət Əhmədov və Zahid Əhmədov adına Şilyan kənd orta məktəbinin direktoru Fizuli Hidayətovu tapa bilmədiyinə görə onların məsələyə münasibətini öyrənə bilməyib. Elşad Qurbanov adına Şilyan-Qarasu kənd orta məktəbin direktoru Abduləli Qocayev isə münasibətini iki cümlə ilə ifadə edib: “Paltar satışı məsələsinə görə heç bir söz deyə bilmərəm. Buna səlahiyyətim yoxdur”. Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Tacəddin Novruzov isə APA-ya açıqlamasında məktəb direktorlarına şagirdlərin dərsə yeni məktəbli formasında gəlməsini təmin etmək tapşırığı verdiyi etiraf edib: “Mən direktorların iştirakı ilə keçirilən şura iclasında öz sözümü demişəm. Bütün məktəblərin rəhbərliyinə tapşırmışam ki, şagirdlərin hamısı dərsə yeni formalarda gəlməlidir. Amma direktorlar şagirdləri və valideynləri məktəbli formasını konkret yerdən almağa məcbur edə bilməzlər. Biz istəyirik ki, valideynlər övladları üçün bu paltarları bazardan alsın. Təhsil şöbəsi heç bir məktəbə geyim göndərməyib”.
Kürdəmir rayon icra hakimiyyətinin baş referenti Dövlət İdrisov da APA-ya açıqlamasında məsələyə münasibət bildirib: “Eşitdiyimə görə məktəbli formaları Kürdəmir rayon Təhsil Şöbəsinə Bakıdan gətirilir və oradan məktəblərə paylanılır. Məncə şagird geyimləri məktəbdə də, bazarda da eyni qiymətədir. Hələ məktəbdə qiymətlər bir az da ucuz olmalıdır”.
Kürdəmir rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Əbülfət Mikayılov isə mağazalarda kifayət qədər məktəbli geyimi olduğunu bildirib: “İnanmıram ki, Kürdəmir məktəblərində belə hal olsun. Yəni forma məktəbdə satıla bilməz. Əgər sizə bu barədə şikayət ediblərsə, biz bu məsələni yenidən araşdırarıq”.
P.S. Qeyd edək ki, Şilyan kənd məktəblərində baş verən neqativ hallarla bağlı jurnalist araşdırması aparılması Kürdəmir rayon Təhsil Şöbəsində narahatlığa səbəb olub. APA-ya telefon açan kənd sakinləri artıq rayon təhsil şöbəsinin müdirinin tapşırığı ilə məktəblərdə təcili iclasların keçirildiyini bildiriblər. İclaslarda məktəb direktorları müəllimləri sorğu-suala tutub, jurnalist təhqiqatı aparan media nümayəndəsi ilə nə barədə söhbət etdiklərini öyrənməyə çalışıblar.
Sosial
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Xəbər Lenti
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb