Bank Of Baku

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı yanvar-avqust aylarında 17% artıb

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı yanvar-avqust aylarında 17% artıb
# 18 sentyabr 2009 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 298 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.

Cari ilin yanvar-iyul aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 7,8 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödənişlərin əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat, anbar təsərrüfatı və rabitə, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahələrində, habelə emal sənayesində çalışan işçilər alıb.

Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 165,8 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 272,6 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR