Bank Of Baku

QDİƏT ölkələri fövqəladə hallar nazirlərinin Bakı toplantısında Bəyannamə qəbul olunub

QDİƏT ölkələri fövqəladə hallar nazirlərinin Bakı toplantısında Bəyannamə qəbul olunub
# 18 sentyabr 2009 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumların rəhbərlərinin toplantısı başa çatıb. APA-nın məlumatına görə, QDİƏT sədrinin nümayəndəsi, Azərbaycan Xarici İşlər Nazirliyinin departament rəhbəri Altay Əfəndiyev və Rusiya fövqəladə hallar nazirinin müavini Vladimir Puçkov toplantıdan sonra brifinq keçiriblər. A. Əfəndiyev deyib ki, tədbirdə ötən dövrdə görülən işlər və gələcəkdə atılacaq addımlar müzakirə olunub. Həmçinin, fövqəladə vəziyyətlərdə birgə iştirakla bağlı fikir mübadiləsi aparılıb, sonda Bakı Bəyannaməsi qəbul edilib.

V. Puçkov əvvəlki iclasın üç il əvvəl keçirildiyini qeyd edərək ötən üç il ərzində strukturda bir sıra dəyişikliklər baş verdiyini, yeni strukturların yaradıldığını deyib. Nazir müavini qeyd edib ki, toplantıda əməkdaşlıqla bağlı bir sıra təkliflər, layihələr nəzərdən keçirilib, əməkdaşlıq imkanları araşdırılıb: “Xilasetmə işləri ilə bağlı əməkdaşlıq da davam etdiriləcək”.

Qeyd edək ki, toplantı iştirakçıları daha sonra Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatının binasına gedərək burada yaradılan şəraitlə tanış olublar. Nazirliyin Böhranları İdarəetmə Mərkəzində olan tədbir iştirakçılarına böhranları idarəetmə zalında olan nəzarət etmə sistemləri, həmçinin müasir texnologiyalar barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR