Bank Of Baku

Tikilməkdə olan Xudafərin SES-in ətrafında tarixi məzarlıqlar aşkarlanıb

Tikilməkdə olan Xudafərin SES-in ətrafında tarixi məzarlıqlar aşkarlanıb
# 18 sentyabr 2009 14:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Araz çayı üzərində tikilməkdə olan Xudafərin Su Elektrik Stansiyasının (SES) ətrafında tarixi məzarlıqlar aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun iştirakı ilə Araz çayı üzərində Xudafərin SES-in və “Qız qalası” hidroqovşağının tikintisi zamanı aşkarlanmış tarixi abidələrlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında qarşılıqlı razılaşma əsasında Araz çayı üzərində 2x100 meqavat gücündə “Xudafərin” və 2x40 meqavat gücündə “Qız qalası” SES-lərin tikintisi aparılır. Hələ 70-ci illərdən layihəsi hazırlanmış tikinti işlərinin 80%-i başa çatıb. Xudafərin körpüsü ətrafında tikinti aparılan ərazidə tarixi məzarlıq aşkar edilib və bu haqda Azərbaycan tərəfinə heç bir məlumat verilməyib. Tarixi Azərbaycan ərazisində aşkarlanan maddi-mədəniyyət nümunələrinin tədqiqatının İran İslam Respublikası tərəfindən birtərəfli qaydada aparılması Azərbaycan alimlərini narahat edib. Məsələyə münasibət bildirən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov layihəyə əsasən hər iki ölkə alimlərinin tikinti aparılan ərazilərdə arxeoloji tədqiqatlarda iştirak etmək hüquqlarının olduğunu, lakin azərbaycanlı alimlərin bu tədqiqatlara dəvət almadıqlarını söyləyib: “Beynəlxalq qaydalara əsasən qonşu dövlət layihədə nəzərdə tutulmuş ərazidə qazıntı işlərinin aparılması və tapılmış tarixi materialların araşdırılması üçün azərbaycanlı alimlərin iştirakına şərait yaratmalıdır”.

Alimlər qazıntı zamanı tapılan Azərbaycanın tarixini əks etdirən qızıl əşyaların e.ə. II minilliyin əvvəllərinə təsadüf etdiyini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR