Bank Of Baku

Hicran Hüseynova: “Avropa əxlaq normaları insanları çaşqın vəziyyətə salıb və cəmiyyətdə boşanmalar, erkən nikahlar, nikahdankənar ailələr çoxalıb”

Hicran Hüseynova: “Avropa əxlaq normaları insanları çaşqın vəziyyətə salıb və cəmiyyətdə boşanmalar, erkən nikahlar, nikahdankənar ailələr çoxalıb”
# 18 sentyabr 2009 14:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Tolerant cəmiyyətdə gender aspektləri və icmaların rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınır. Onun fikrincə, Azərbaycanda dini qurumlarla bağlı komitənin mövcudluğu və “Dini etiqad azadlığı haqqında” qanunun qəbul olunması bu sahədə qarşıya çıxan bir çox məsələləri tənzimləməyə imkan yaradır. Komitə sədri deyib ki, Azərbaycan gender bərabərliyinin səviyyəsinə görə islam dünyasında və Avropa məkanında müsbət mənada fərqlənir: “Cəmiyyətə yeni mənəvi dəyərlər kimi təqdim olunan Avropa əxlaq normaları insanları çaşqın vəziyyətə salıb. Bunun nəticəsidir ki, cəmiyyətdə boşanmalar, erkən nikahlar, nikahdankənar ailələr çoxalıb. Təəssüf ki, milli dəyərlərdən uzaqlaşma nəticəsində ailə zorakılığı halları artıb və qadın alveri ciddi problemə çevrilib”.

Millət vəkili Qənirə Paşayeva isə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə sinaqoq və kilsələrin sayının artmasına diqqət çəkib: “Ölkədə cəmi 200 katolik olsa da, katolik kilsə fəaliyyət göstərir. Ölkə prezidenti bölgələrə səfəri zamanı ilk növbədə icmaların nümayəndələri ilə görüşür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR