Bank Of Baku

TÜSİAB Ramazan bayramı münasibətilə yardım paylayıb

TÜSİAB Ramazan bayramı münasibətilə yardım paylayıb
# 18 sentyabr 2009 18:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) Ramazan bayramı münasibətilə yardım kampaniyası həyata keçirib. Cəmiyyətdən APA-ya verilən xəbərə görə, kampaniya çərçivəsində Respublika Uşaq Təşkilatı, Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, “Tərəqqi” Sosial İnkişaf, Azərbaycan Əlillər Cəmiyyəti, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək”, “Səhiyyə və sağlam həyat” ictimai birlikləri vasitəsilə və quruma daxil olan ərizələr əsasında 800 ailəni bayramqabağı ərzaq sovqatı ilə təbrik edib.

TÜSİAB-ın baş katibi Yasin Göral bildirib ki, bu yardım kampaniyası quruma üzv şirkətlərin və iş adamlarının maddi dəstəyi ilə keçirilir. O, TÜSİAB-ın adından Azərbaycan xalqının müqəddəs Ramazan bayramını təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR