Bank Of Baku

Ombudsman Ramazan bayramı münasibətilə internat məktəbində olub

Ombudsman Ramazan bayramı münasibətilə internat məktəbində olub
# 18 sentyabr 2009 20:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova mübarək Ramazan bayramı ərəfəsində Bakının Nizami rayonundakı lal-kar uşaqlar üçün 3 saylı internat məktəbində olub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Süleymanova “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkil etdiyi xeyriyyə tədbirində iştirak edib.

Ombudsman uşaqlar və valideynləri, müəssisənin pedaqoji kollektivi, tərbiyəçilər və dayələrlə görüşərək, onları bayram münasibətilə təbrik edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbirin sonunda uşaqlar üçün Ramazan süfrəsi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR