Bank Of Baku

Ombudsman Aparatında Beynəlxalq Sülh gününə həsr edilmiş dəyirmi masa keçirilib

Ombudsman Aparatında Beynəlxalq Sülh gününə həsr edilmiş dəyirmi masa keçirilib
# 18 sentyabr 2009 21:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Ombudsman Aparatında Beynəlxalq Sülh günü münasibətilə dəyirmi masa keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsmanla Azərbaycan Sülh və İnkişaf Alyansı tərəfindən birgə təşkil olunan tədbirə dövlət qurumlarının, Alyansa daxil olan və digər QHT-lərin, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələri və KİV təmsilçiləri qatılıblar.
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova iştirakçıları qarşıdan gələn 21 sentyabr - Beynəlxalq Sülh günü və mübarək Ramazan bayramı münasibətilə təbrik edib. O, əhalisinin sayı doqquz milyon nəfərə çatmaqda olan Azərbaycanın 86 etnik qrupun, milli azlığın və çoxsaylı dini icmaların nümayəndələrinin sülh və vətəndaş həmrəyliyi şəraitində, tolerantlıq mühitində rahat yaşadığı ölkə olduğunu diqqətə çatdırıb.
Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğal və soyqırımı siyasəti nəticəsində insanların əsas hüquq və azadlıqları, xüsusən də yaşamaq hüququ, o cümlədən də fundamental kollektiv hüquqlar olan sülh hüququ və inkişaf hüququnun kütləvi və kobud şəkildə pozulduğunu bildirib.
Sonda Azərbaycan Sülh və İnkişaf Alyansının BMT-nin Təhlükəsizlik Şurasına ünvanlanan və Müvəkkil tərəfindən dəstəklənən müraciətinin tam mətni iştirakçıların diqqətinə çatdırılıb, bu sənədin nüfuzlu beynəlxalq qurumlara göndərilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR