Bank Of Baku

Nazir: “Yasamal rayonunda alimlərin yaşadığı bina söküləcək”

Nazir: “Yasamal rayonunda alimlərin yaşadığı bina söküləcək”
# 18 sentyabr 2009 16:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bakı şəhəri Yasamal rayonunun Ş. Mehdiyev küçəsində yerləşən və alimlərin yaşadığı binaya Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı olması barədə rəy verilib. APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazirin sözlərinə görə, binaya baxış keçirib təhlil aparan müstəqil ekspertlər də nazirliklə eyni fikirdə olublar: “Binanın təzədən bərpası daha çox vəsait və zaman tələb edir. Ona görə də bina söküləcək, yerində yenisi tikiləcək”.

Nazir bildirib ki, bu müddətdə dövlət tərəfindən sakinlərə kirayə pulu və əşyalarını başqa yerə daşımaq üçün vəsait veriləcək. Binanın sakinlərinə, həmçinin, yeni tikilən binada indiki mənzillərindən 20% əlavə yaşayış sahəsinin verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR