Bank Of Baku

Hacıqabula yağan güclü leysan yağışları rayondakı damcılı suvarma sistemini də ciddi dağıntılara məruz qoyub

Hacıqabula yağan güclü leysan yağışları rayondakı damcılı suvarma sistemini də ciddi dağıntılara məruz qoyub
# 23 sentyabr 2009 07:57 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 20-də Hacıqabul rayonu ərazisinə yağan güclü leysan yağışlarının sel axını ilə müşayiət olunması nəticəsində Ələt-Hacıqabul magistral yolunun 19-40-cı kilometrliyinin hər iki hissəsində salınan yaşıllıq zolağı və yaşıllıqların suvarılması üçün nəzərdə tutulan müasir texnologiya ilə quraşdırılan damcılı suvarma sistemi də ciddi dağıntılara məruz qalıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
magistral yolun hər iki tərəfində nazirlik tərəfindən salınan yaşıllıq zolağına lilli sel axını daxil olub və cavan ağacların gövdələrini sındırıb. Həmçinin suvarma üçün quraşdırılan kiçik diametrli su borularını dağıdaraq avtomatik supaylayıcı mexanizmləri sıradan çıxarıb. Eyni zamanda güclü sel axını ərazidə inşa olunmuş 35000 m3-lik su anbarının bəndini də dağıdıb. Nazirliyin mütəxəssisləri Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə dərhal həmin əraziyə gələrək dəymiş ziyanın araşdırılmasına başlanıb. Hazırda nazirliyin aidiyyəti qurumları ərazinin lildən təmizlənməsi, yaşıllıqların və damcılı suvarma sisteminin bərpası istiqamətində lazımi tədbirlər həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR