Bank Of Baku

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması üçün qanunlar paketi hazırlanır

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması üçün qanunlar paketi hazırlanır
# 23 sentyabr 2009 08:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması üçün qanunlar paketi hazırlanır. APA-nın xəbərinə görə, bu barədə “Mülki fövqəladə halların planlaşdırılmasında və nəticələrin idarə edilməsində effektiv metodlar” mövzusunda Bakıda keçirilən seminarda çıxış edən NATO beynəlxalq qərargahının nümayəndəsi Jorj Vlad Nikolesku bildirib: “Biz ümid edirik ki, bu qanunlar bütün nazirliklərdə razılaşdırılacaq. Bu, milli təhlükəsizlik konsepsiyasına yaxşı təsir edəcək”.

Qeyd edək ki, seminarı Azərbaycan-NATO beynəlxalq məktəbi təşkil edib. Seminarda Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri də iştirak edir. Seminarın əsas məqsədi fövqəladə hallarla bağlı Azərbaycana təsir edəcək risk, təhlükələrdən daha yaxşı xəbərdar olmaq üçün regional təhlükəsizlik mühitinin ən çox əhəmiyyətə malik tərəflərini müzakirə etmək, NATO-nun böhran idarəetmə
sisteminin ən yaxşı təcrübələrini öyrənməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR